16 Noyabr 2017 14:32
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Rusiyaya səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Soçidə rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüş keçirəcək.

Görüşdən sonra Ərdoğan və Putin İran Prezidenti Həsən Ruhani ilə bir araya gələcək.

Görüş zamanı liderlər Suriya böhranını müzakirə edəcəklər.

Qeyd edək ki, bu il Ərdoğan Putinlə 13 dəfə telefonla danışıb və 5 dəfə görüşüb. Sonuncu görüş noyabrın 13-də Soçidə baş tutub.


Müəllif: Samir

Oxşar xəbərlər