16 Noyabr 2017 16:53
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin fəaliyyəti Rusiyanın Suriya ordusu ilə birgə İŞİD terror təşkilatına qarşı mübarizəni əngəlləyir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Moskvada mətbuat konfransı keçirən Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O, ABŞ-ın çox sayda İŞİD-çinin Rakkadan çıxmasına icazə verməsi ilə bağlı xəbərləri də şərh edib:

“ABŞ və İŞİD arasında hansısa razılaşma olduğunu deyə bilmərəm. Çünki əlimizdə sübut yoxdur. Bunu araşdırmalıyıq”.

Lavrov qeyd edib ki, ABŞ ordusunun Suriyada olması qeyri-qanunidir.


Müəllif: Samir

Oxşar xəbərlər