16 Noyabr 2017 19:46
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri gözlənilir.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın Report-a verdiyi məlumata görə, nazir dekabrın 1-də Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməyi planlaşdırır.

Bakıdakı nazirlər toplantısının əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr sahəsi olacaq.

Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstanla birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qəni gələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər