17 Noyabr 2017 10:06
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi və terrorçuluğa qarşı mübarizə ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsinə çevrilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Ria Novosti”yə müsahibə verən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin sabiq müavini Metyu Brayza deyib:

“Bizim Gürcüstandakı münaqişəyə baxış bucağımız fərqlidir. Amma biz Dağlıq Qarabağ münaqişəsinin həllində və terrorçuluqla mübarizədə əməkdaşlıq edirik”.

Brayzanin fikrincə, 8-9 il əvvəllə müqayisədə hazırda əhəmiyyətli dəyişikliklər baş verir:

“Bir tərəfdən ABŞ-da Trampın Rusiya ilə əlaqələri araşdırılır. Digər tərəfdən isə Moskva ilə əməkdaşlıqdan danışılır. Düşünürəm ki, bu fikir ayrılığı keçib gedəcək”.

Amerikalı diplomat Rusiyaya sanksiyalar məsələsinə də diqqət yetirib:

“Bəziləri düşünür ki, Ukrayna məsələsindən sonra Rusiya Baltik ölkələrinə qarşı özünü daha aqressiv aparacaq. Bu məsələdə Rusiyaya qarşı sanksiyaların tətbiqi mümkündür”.


Müəllif: Samir

Oxşar xəbərlər