17 Noyabr 2017 10:14
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik.

Teleqraf.com “Star” qəzetinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Rusiyaya səfərinin nəticələrini şərh edən Ərdoğan bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir:

“Daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur. Həmin qərarlar icra edilməlidir”.

Qeyd edək ki, Putin və Ərdoğan arasındakı Soçi görüşü noyabrın 13-də baş tutub.


Müəllif: Samir

Oxşar xəbərlər