Ukraynada keçiriləcək növbəti prezident seçkilərində namizəd olmayacağam.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ukrayna Daxili İşlər naziri Arsen Avakov deyib.
O bildirib ki, buna baxmayaraq, kimi dəstəklədiyini əvvəlcədən açıqlayacaq.
Avakovun sözlərinə görə, rəhbərlik etdiyi partiya gələn il namizədini açıqlayacaq.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2019-cu ildə keçiriləcək.