17 Noyabr 2017 15:39
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu cümləsindən iki vacib nəticə çıxır.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Qeyd edək ki, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə son görüşünü şərh edərkən Kreml sahibinin Qarabağ münaqişəsinin həlli ilə bağlı çox da ümidli olmadığını bildirib.

E.Şahinoğlu bununla bağlı deyib ki, birincisi, Kremlin İrəvana təsir edib işğal altındakı 5 rayonun qeyd-şərtsiz azad olunmasına marağı yoxdur:

“Bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik. İkincisi, Kremlin danışıqlarda hazırki fəallığı münaqişənin həllinə yönəlməyib”.

O zaman məntiqi sual yaranır: Putin münaqişənin həlli ilə bağlı ümidli deyilsə, hazırki intensivlik nə ilə bağlıdır? Naziri Sergey Lavrovu nədən Bakıya və İrəvana göndərir? E.Şahinoğlunun fikrincə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirilməsi ilə bağlı deyil:

“Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, 2016-ci ilin “aprel müharibəsi”nin təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır. Bu da işğalçı dövlətin maraqlarına cavab verir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər