Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Türkiyəyə yeni təyin olunmuş səfiri Xəzər İbrahimi qəbul edib.
Teleqraf.com xәbәr verir ki, bu barədə türkiyəli nazir özünün “Tvitter” səhifəsində yazıb. O qeyd edib ki, görüşdə ikitərəfli əlaqələr və beynəlxalq proseslərə dair müzakirələr aparılıb.