26 Noyabr 2017 15:40
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada Xristian Birlik Bloku, Yaşıllar və Azad Demokratar arasında koalisiya müzakirələrinin uğursuzluğa düçar olmasından sonra gözlər yenidən böyük koalisiyaya çevrilib.

Teleqraf.com xəbər verir ki, Almaniya kansleri Angela Merkel yeni seçkilərə qarşı olduğunu açıqlayıb.

Kansler bəyan edib ki, insanlardan yenidən seçkilərdə iştirak etməsini istəmək doğru deyil:

“Bu mənim mövqeyimə görə, tamamilə yanlış olardı. Koalisiya danışıqlarının uğursuz olmasını üzücüdür. Ancaq biz gələcəyə baxmalıyıq”.

Merkel Sosial Demokrat Partiyası ilə yenidən böyük koalisiya qurmaq məsələsinə isti yanaşdığını deyib:

“Biz birgə uğurlu fəaliyyət göstərmişik. İki partiya arasında hansı məsələlərdə fikir ayrılıqlarının olmasını aradan qaldırmaq üçün görüşlər və müzakirələrin keçirilməsi vacibdir”.

Kansler Almaniya prezidenti Frank Valter Steinmerin Xristian Birlik Bloku ilə Sosial Demokrat Partiyasını birgə müzakirələrə çağırmasını məmuniyyətlə qarşıladığını söyləyib.

Seçkilərdən dərhal sonra Xristian Birlik Bloku ilə koalisiya qurmağı rədd edən Sosial Demokrat Partiyası isə son günlərdə mesajlarını bir qədər yumşaldıb. Bu isə sosialistlərin koalisiya qurmağa maraq göstərməsi kimi yoxulur.


Müəllif: Cavad

Oxşar xəbərlər