Biznes-ombudsmen Boris Titov 2018-ci ilin martında Rusiyada keçiriləcək prezident seçkisində iştirak niyyətini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, müvəkkil özünün İnkişaf Partiyası tərəfindən namizədliyinin irəli sürüləcəyini bildirib.
Qeyd olunur ki, B.Titov öz-özlüyündə çox da böyük siyasi fiqur deyil. Amma komandası ilə birgə onun şansı var. Onun bölgələrdə seçkiqabağı görüşlər keçirəcəyi bildirilir.
“Deyə bilərəm ki, mən bir siyasətçi kimi mükəmməl deyiləm. Amma bizim böyük gücümüz var – bu bizim komandadır. Biz həmnamizədlərik”, deyə B.Titov bildirib.
B.Titov Kremli öz planları barədə xəbərdar etdiyini bildirib. Ancaq ona nə cavab verildiyini açıqlamayıb.