ABŞ və Şimali Koreya danışıqlar masasına əyləşməlidir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov deyib.
O bildirib ki, dialoqsuz bölgədəki böhranı həll etmək mümkün olmayacaq: “Dialoqun heç bir alternativi yoxdur. Şimali Koreyanın raket sınağı, ABŞ və tərəfdaşlarının təlimləri vəziyyəti gərginləşdirməyə yönəlib”.