28 Noyabr 2017 08:30
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada azərbaycanlılar yeni diaspora təşkilatı qururlar və bu, müsbət hadisədir. Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) kifayət qədər işlər görən təşkilat idi. Əlbəttə, bu təşkilatın hansısa nöqsanları olub. Rusiya hakimiyyət orqanları nəyə görəsə onu qapadıblar. Ancaq təşkilat tam ləğv edilməyib.

ÜAK-ın fəalları, üzvləri, strukturu var, bunları bərpa etməksə mümkün və zəruridir. Hazırda bunu da edirlər.

Bu fikirləri Teleqraf.com-a Rusiyada azərbaycanlıların yeni diaspor təşkilatı qurması haqda xəbəri şərh edən Milli Məclisin Azərbaycan-Rusiya dostluq qrupunun üzvü, politoloq Rasim Musabəyov deyib.
R. Musabəyov əlavə edib ki, yeni təşkilat yaratmaq mümkündür:

“Sadəcə olaraq çalışmaq lazımdır ki, Rusiya qanunları dəqiq icra edilsin ki, sabah yenidən gəlib ilişməsinlər”.
R.Musabəyov qeyd edib ki, yeni diaspor təşkilatının qurulması üçün Rusiya dövlətinin siyasi iradəsinə ehtiyac yoxdur:

“Mən bilmirəm niyə media bu xəbəri yayarkən siyasi iradə məsələsini qabardıb. Rusiya qanunları imkan verir ki, belə bir diaspor təşkilatı yaradılsın. Qanun imkan verirsə, niyə təşkilat yaradılmasın? Ona görə də mən siyasi iradə haqda medianın dediklərini şərh etmirəm. Bildirirəm ki, azərbaycanlıların Rusiyada təşkilat yaratmasını qanun qadağan etmir, üstəlik bunu etmək üçün də rəsmi qadağa yoxdur. Bu mənada ÜAK adı ilə yeni təşkilatın qurulması mümkündür və lazımdır”.

R.Musabəyov qeyd edib ki, yeni yaradılacaq ÜAK-ın necə fəaliyyət göstərəcəyini indidən demək çətindir:

“Fərz edirəm ki, ÜAK-da struktur dəyişikliyi olacaq, rəhbərliyə və icra qurumlarına yeni insanlar cəlb ediləcək. Təşkilatın sədri faktiki yoxdur, çünki ÜAK özü rəsmi təşkilat statusunu itirib. Sözsüz ki, yeni ÜAK-a sədr seçiləcək. Daha fəal şəxslər bu prosesəsə cəlb ediləcək”.

Deputat deyib ki, diaspor təşkilatının fəaliyyət istiqamətləri son dərəcə aydındır:

“İstiqamət dəyişməz qalır. Rusiyada yaşayan azərbaycanlıların problemlərini həll etmək, soydaşlarımız arasında əlaqələr qurmaq və eyni zamanda Rusiya-Azərbaycan arasında körpü yaratmaq. Yeni ÜAK-ın bunu nə dərəcədə bacaracağını isə gələcək göstərəcək”.

Xatırladaq ki, Azərbaycan mədəniyyətinin dirçəlişi və inkişafı fondunun direktoru Şamil Tağıyev Rusiyada bu yaxınlarda ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) əvəzinə yeni təşkilat yaradılacağını deyib. O bildirib ki,

Rusiya regionlarından olan Azərbaycan icmaları rəhbərləri Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, akademik Fazil Qurbanova məktub ünvanlayaraq ona yeni yaranacaq təşkilata rəhbərlik etməyi təklif ediblər:

“Yeni təşkilat ÜAK-ın bazasında yaradılacaq. Amma ümid edirik ki, yenilənmələr də olacaq. Çalışacağıq ki, peşəkarları cəlb edək. Çünki diaspor ilə iş yalnız restoranlarda konsertlərin və ya tədbirlərin keçirilməsi deyil. Bu, qeyri-formal diplomatiyadır və bununla onu bilən insanlar məşğul olmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər