29 Noyabr 2017 16:21
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun dünən partiyasının qrup toplantısında etdiyi çıxışı ilə bağlı məhkəməyə müraciət ediləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Əhməd Özəl məlumat verib.

Onun sözlərinə görə, ötən çıxışı zamanı Ərdoğana və ailəsinə qarşı söylədiyi fikirlərə görə Kılıçdaroğluna qarşı 1,5 milyon lirəlik (642 min AZN) təzminat istəyi ilə məhkəməyə müraciət edilib:

“Kılıçdaroğlunun gətirdiyi sübutlar əsassızdır. Orada adı çəkilən şəxsləri tanımırıq. Bütün bu yalanlarla bağlı məhkəməyə yeni şikayətlə müraciət edəcəyik. Daha böyük təzminat istəyəcəyik”.


Müəllif: Samir

Oxşar xəbərlər