2 Dekabr 2017 01:24
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın paytaxtı Vyanada ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ikitərəfli görüş gələn həftə ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində baş tutacaq.

“Söhbət zamanı Şimali Koreya, Ukrayna və təbii ki, Suriyadakı vəziyyət müzakirə olunacaq. Görüş dekabrın 7-ə planlaşdırılıb, lakin bu tarix dəyişə də bilər”, deyə diplomat bildirib. /APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər