Milli Məclisin deputatı Məlahət İbrahimqızı “İşdə qadın” mövzusunda keçiriləcək 2-ci Beynəlxalq zirvə görüşündə iştirak etmək üçün Ankarada səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qadınların ictimai-siyasi həyatda rolu, onların sosial, iqtisadi sahələrdə fəallığının artırılması məsələləri müzakirə olunacaq.
Millət vəkili ölkəmizdə qadınlara olan münasibət, Azərbaycan qadınlarının müxtəlif sahələrdə əldə etdikləri uğurlar barədə yığıncaq iştirakçılarına məlumat verəcək.