Rusiya Təhsil Nazirliyi Sankt-Peterburqdakı Avropa Universitetinə lisenziya verməkdən imtina edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb.
Buna səbəb müəssisənin yanğın təhlükəsizliyi normalarına riayət etməməsi olub.
Qeyd edək ki, universitet tələbələri ötən ay Rusiyada prezidentliyə namizədliyini irəli sürən teleaparıcı Kseniya Sobçakı çıxışı zamanı fitə basmışdı.