ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarına təsir edən cəhətlər açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı ABŞ-ın NBC telekanalı məlumat yayıb.
Telekanal Trampın bu qərarına ətrafının və seçkiqabağı kampaniyalar vaxtı verdiyi vədlərin təsiri olduğunu bildirib:
“Ən böyük təsir vitse-prezident Mayk Pens və Respublikaçıları maliyyələşdirən milyarder Şeldon Adelsindən gəlib. Adelson Trampla hər söhbətində Qüds məsələsini qaldırırdı. Bundan başqa, Trampa Qüdslə bağlı təzyiq göstərənlər arasında Ağ Evin sabiq baş strateqi Stiven Bennon və hazırda ABŞ-ın İsraildəki səfiri olan Devid Fridman da olub”.