8 Dekabr 2017 13:56
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün Bişkek şəhərinə gəlib.

Teleqraf.com xəbər verir ki, Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri İsmayıl Qəhrəmanla görüşüb.

Görüşdə Azərbaycan Milli Məclisi ilə TBMM arasında əlaqələrin daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, TürkPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə ediləcək.

TürkPA-da Özbəkistanın və Türkmənistanın qonaq kimi iştirakından məmnunluq ifadə edilib, birgə fəaliyyətin önəmi diqqətə çatdırılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər