Türkiyən Daxili İşlər naziri Süleyman Soylu ana müxalifət partiyasının sədri Kamal Kılıcadroğlunu sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, nazir Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri ilə bağlı açıqlamasında deyib:
”Kılıçdaroğlu, sənin ağlın kimi ipin də çürükdür. Sənə açıq bildirirəm, sən bitdin. Təzə başlamısan, yanına bir həkim də al. Sən kimi təhdid etdiyini fərqində belə deyilsən. Hər birimizin alnımız açıqdır”.
Qeyd edək ki, CXP sədri son zamanlar hakimiyyət təmsilçilərini korrupsiyada suçlayan qalmaqallı açıqlamalar verir.