Suriyanın hazırki rejimi Türkiyə üçün heç bir təhlükə törətmir.
Teleqraf.com xəbər verir ki, bunu NTV telekanalına müsahibəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O, əlavə edib ki, Suriyanın hazırki lideri ölkəni birləşdirə və yeni seçkilər keçirə bilməyəcək.
Çavuşoğlunun sözlərinə görə, hazırda Türkiyəyə təhlükə törədə biləcək yeganə silahlılar PKK terror təşkilatına xidmət edir.