Türkiyədə Rusiya bazasının qurulması informasiyası həqiqəti əks etdirmir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, S-400 zenit-raket sistemləri ilə bağlı heç bir problem yoxdur:
“Detallarla bağlı müzakirələr davam edir. Bu həftə ərzində imzalanması gözlənilir. Rusiya bazasının qurulması isə doğru deyil. Əgər rus mütəxəssislərə ehtiyacımız olsa, onları ölkəmizə dəvət edəcəyik”.