15 Dekabr 2017 17:47
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət qurumlarında və komitələrin əksəriyyətində işçilərin hüquqları pozulur, onları 8 saatdan çox işlədirlər. Mən hər gün işdən çıxanda millət vəkilləri kimi Milli Məclisin əməkdaşları da saat 18:00-da işdən çıxır. Bu çox yaxşı halıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa parlamentdə çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, hələ XIX əsrdə insanlar 8 saatlıq iş rejimi uğrunda mübarizə aparıb:

“Ancaq bizdə xırda və aşağı ranqlı məmurların hüquqları pozulur. Rəhbər şəxs öz otağında əyləşibsə, bu o demək deyil ki, işçilər onu gözləməlidir. Onsuz da onlar yüksək əmək haqqı almırlar. Hesab edirəm ki, Həmkarlar İttifaqı məmurların hüquqlarını qorumaq üçün addımlar atmalıdır. Bəzən bu məmurlar gecə saat 22:00-da evlərinə gedib çıxır, uşaqlarına zaman ayıra bilmirlər”.

Spiker Oqtay Əsədov deyib ki, Milli Məclisdə əməkdaşlar saat 18:00-da işdən çıxırlar və qaydalara əməl olunur. Spiker qeyd edib ki, bu məsələlərə ilk olaraq müəssisə rəhbərlərinin özü diqqət etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər