16 Dekabr 2017 00:26
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Suriya Ordusunun (ASO) komandiri Əhməd Osman 25 min türk və ASO əsgərinin Afrin əməliyyatı ilə bağlı son hazırlıqlara başladığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ASO mənbələrinin məlumatına görə, Türkiyə “Fərat qalxanı” əməliyyatında iştirak edən ASO qoşunları ilə birlikdə terror təşkilatı YPG-nin nəzarətindəki Afrində əməliyyat həyata keçirməyə hazırlaşır.

Xəbərə əsasən 10 min türk və 15 min ASO qüvvəsi Afrin sərhəddində hazır vəziyyətdə dayanıb. Türk ordusunun xüsusi təyinatlı əsgərləri (bordo berelilər) və ordu birləşmələri bölgəyə gətirilib. Sərhəddə və İdliblə Afrinə yaxın ərazilərdə səhra xəstəxanaları qurulub.

Əhməd Osmanın sözlərinə görə, İŞİD Suriyada məhv olmaqdadır: “Bundan sonra terror təşkilatı YPG və Suriya ordusuna qarşı mübarizə aparacağıq. Zaman zaman Mənbic bölgəsində YPG ilə döyüşürük. Bir çox ərəb və türkmən kəndləri YPG-nin əlindədir, həmin əraziləri xilas etməliyik. Afrin YPG-dən təmizlənməlidir. Biz həmişə hazır vəziyyətdə dayanmışıq. Türkiyə ilə birlikdə Afrin əməliyyatının son hazırlıqlarını görürük. Döyüşçülər əməliyyat üçün tam hazırdırlar, əmri gözləyirlər”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər