Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə həftəninn əvvəlində Ankarada keçirilən görüşündən sonra düzənləyəcəkləri ortaq mətbuat konfransından öncə salona yerləşdirilən, daha sonra ortadan qaldırılan masanın sirri çözülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb.
Qəzet qeyd edib ki, masa salona yerləşdirildikdən sonra Putinlə Ərdoğanın bir razılaşma imzalayacağı söhbəti yayılıb. Ancaq bir müddət sonra masa aradan qaldırılıb, ortaya iki kürsü qoyulub və mətbuat konfransı başlayıb:
“Bu olay “Rusiya ilə S-400 razılaşmasında bir anlaşılmazlıq varmı” sualının ortaya çıxmasına səbəb olub. Hətta rus mətbuatı masanın qaldırılmasını “Putin ən dərin bazarlıqları Türkiyə ilə etmiş oldu” şəklində şərh edib. Ancaq görüşdən sonra hər iki lider “anlaşmanın kredit məsələsində danışıqların bitməsinin ardınca bir neçə gün ərzində imzalanacağını” bildiriblər”.
Əldə edilən bilgiyə görə, “anlaşma müəmması” mətbuat konfransından əvvəl davam edən müzakirələrdə ödəmənin hansı şəkildə ediləcəyi məsələsində tərəflər arasında yaranan ikitirəlikdən qaynaqlanıb. Qeyd olunub ki, S-400-lərin pulunun ödənilməsi məsələsində razılaşma əldə edilsəydi, Ərdoğan və Putin müqaviləni imzalayacaqdı. Ancaq bu razılaşma əldə olunmayıb və masa ortadan qaldırılıb.