18 Dekabr 2017 18:36
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada Sosial Demokrat Partiyasının lideri Martin Şults Angela Merkelin sədri olduğu Xristian Demokratik Partiyası ilə koalisiya danışıqlarında maliyyə naziri postunun onlara verilməsini istəyir.

Teleqraf.com-un məlumatına görə, sosial demokratlar Angela Merkellə koalisiya danışıqlarına cümə günü qərar veriblər.

Danışıqlar 24 sentyabrda Bundestaqa keçirilən seçkilərdən sonra ölkədə yaranan siyasi böhranı həll edə bilər.

Alman mediasının iddiasına görə, Martin Şults partiyasının deputatları ilə müzakirələr zamanı deyib ki, koalisiya danışıqlarında ən əhəmiyyətli addım maliyyə naziri postunun onlara verilməsidir.

Hazırda Almaniyanın Maliyyə naziri Volfqanq Şaeubledir. Bu şəxs kansler Merkelin bir nömrəli adamı olması ilə yanaşı Avropanın maliyyə siyasətini müəyyən edən şəxsdir. Əgər Sosial Demokrat Partiyası maliyyə naziri portfelini Angela Merkeldən ala bilsə, Avropanın maliyyə siyasətində dəyişikliklər baş verəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər