ABŞ-ın vitse-prezidenti Mayk Pence İsrailə yanvarın 14-də səfər edəcək.
Teleqraf.com xəbər verir ki, vitse-prezidentin səfəri Donald Trampın Qüds qərarından sonra təxirə salınmışdı.
Səfərin təxirə salınması Qüds qərarından sonra vəziyyətin gərginləşdirilməməsi ilə əlaqələndirilirdi. Vitse-prezidentin ofisi isə bunu Konqresdəki vergi qanunun müzakirəsi ilə izahlayırdı.
Vitse-prezident Mayk Pence Orta Şərq səfərinə Misirdən başlayacaq. Daha sonra İsrailə gedəcək, bu ölkənin parlamentində çıxış edəcək.