İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gəlib.
Teıeqraf.com-un məlumatına görə, səfərdə məqsəd sabah Bakıda keçiriləcək Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
M.C.Zərifin Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
Qeyd edək ki, bu, nazirlərin 5-ci üçtərəfli görüşüdür.