Nazirlərin üçtərəfli gürüşü region və hər üç ölkə üçün çox faydalı və effektivdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, hər üç ölkənin zəngin əməkdaşlıq tarixi var:
"Amerikanın Qüdsü paytaxt kimi tanıması məsələsi bugünkü görüşdə müzakirə edildi. Eyni zamanda tranzit, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi apardıq. Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək”.