20 Dekabr 2017 16:19
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Reks Tillerson və Kanada Xarici İşlər naziri Kristian Friland arasında telefon danışığı aparıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tərəflər Şimali Koreyanın nüvə potensialını müzakirə ediblər.

Tillerson və Friland Şimali Koreyanın nüvə silahlarının qarşısını almaq üçün görüşməyi təklif edib. Görüşdə 16 ölkənin iştirakı nəzərdə tutulur.

Vankouver qrupu adlandırılan görüşdə Türkiyə, Avstraliya, Belçika, İngiltərə, Kolumbiya, Efiopiya, Fransa, Yunanıstan, Lüksemburq, Hollandiya, Yeni Zelandiya, Flippin, Cənubi Afrika və Tayland iştirak edəcək.

Görüşdə əsas məqsəd Şimali Koreyaya beynəlxalq ictimaiyyətin rəyini çatdırmaqdır.


Müəllif: Samir

Oxşar xəbərlər