ABŞ Prezidenti Donald Trampın BMT-nin Baş Assambleyasında müzakirəya çıxarılacaq Qüdsün statusu ilə bağlı məsələyə münasibətdə Amerikanın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının kəsiləcəyi hədəsinə Türkiyədən cavab gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Baş naziri Binəli Yıldırım danışıb:
“BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə ABŞ yalnız qaldı. ABŞ buna cavab olaraq təhdid yolunu seçdi. Buradan ABŞ prezidentinə səslənirəm. Nə qədər güclü olursa-olsun, hər bir ölkə də müstəqildir. Öz qərarlarını özü verir. Güclü olmaq haqlı olmaq demək deyil. Bu səhvi düzəltmək lazımdır”.