22 Dekabr 2017 13:15
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson Moskvaya səfərə gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Conson bununla bağlı Tvitter hesablnda məlumat yayıb:

“Mənim rusiyalı həmkarım Sergey Lavrovla vacib söhbətim var. Görüş zamanı Suriya, İran və Şimali Koreya ilə bağlı müzakirələrimiz olacaq”.

Conson Rusiya və Britaniyanın əməkdaşlığının vacibliyini qeyd edib.

O, etiraf edib ki, Moskvanın Breksitə müdaxiləsi ilə bağlı hələ də heç bir sübut tapılmayıb.


Müəllif: Samir

Oxşar xəbərlər