23 Dekabr 2017 15:13
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan alman və fələstinli həmkarları ilə telefon danışığı aparıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı liderlər BMT Baş Assambleyasında Qüds səsverməsinin nəticələrini müzakirə ediblər.

Qeyd edək ki, BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib. Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb.


Müəllif: Samir

Oxşar xəbərlər