İsrail Baş naziri Benyamin Netanyahu ölkənin BMT-dəki nümayəndəsinə xüsusi təlimat verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsrailin BMT nümayəndəliyi məlumat yayıb.
Təlimata əsasən, 2018-ci ildən etibarən İsrail Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatında (YUNESKO) fəaliyyətinə son verəcək.
İsrailin YUNESKO-dakı təmsilçisi Karmel Şama Hakohenə məsələ ilə bağlı təşkilatı məlumatlandırmaq tapşırığı verilib.
Qeyd edək ki, 2016-cı ilin oktabrında YUNESKO Qüdsdəki Əqsa məscidinin yəhudilərlə heç bir bağlantısının olmadığını elan etmişdi.