Pakistan polisi 50 yaşlı kişi ilə 10 yaşlı qızın toy mərasiminə basqın edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı 50 yaşlı Məhəmməd Mehar və azyaşlının valideynləri saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Mehar 10 yaşlı qız ilə evlənmək üçün onun valideynlərinə 7000 dollar ödəyib.
Faktla bağlı istintaq başlayıb. Azyaşlının valideynlərdən alınıb, babasına veriləcəyi bildirilib.