Demokratik Suriya Gücləri (DSG) adlı silahlı qruplaşma daxilində qarşıdurma baş verib.
Teleqraf.com xəbər verir ki, qruplaşmada təmsil olunan ərəb və kürdlər Deyr-əz-Zorda biri-birinə qarşı silah işlədib. Səbəb DSG-nin 3 ay əvvəl ondan ayrılan ərəb tabor dəstəsinə hücum etməsi olub.
Toqquşma zamanı DSG dörd ərəbi əsir götürüb. Bəlli olub ki, DSG döyüşçüləri daha çox ərəb taborunun komandiri Yasin Əl-Dahleni axtarır.
Qeyd edək ki, DSG adlı silahlı şəbəkə əslində PKK və YPG-dən tşkil edilib.
ABŞ Türkiyəni razı salmaq məqsədilə Suriyada kürd döyüşçülərinin bazası əsasında DSG yaradıb. Məqsəd Suriyada kürdlərə deyil, qarışıq qüvvələrə dəstək verdiyini göstərməkdir. Hətta ərəblərdən ibarət döyüşçü qrupları da DSG sıralarına qəbul edilib.
Ərəb və kürd döyüşçülərinin biri-birinə münasibəti belə bir layihəni perspektivsiz edir.