25 Dekabr 2017 13:38
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və ABŞ prezidentlərinin yeni görüşünün vaxtı hazırda müzakirə mövzusu deyil.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, Valdimir Putinlə Donald Tramp sonuncu dəfə Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində görüşərək, sammitin Suriya ilə bağlı vacib bəyanatına qoşulublar: "Bundan sonra isə iki dövlət başçısı üç dəfə - noyabrın 21-də, eləcə də dekbarın 14 və 17-də telefonla danışıblar".

Sergey Lavrov bilidrib ki, Rusiya və ABŞ prezidentlərinin təmasları son zamanlar yetərincə intensivləşib, "hansısa süjet"lə məhdudlaşmır və Koreya yarımadasındakı problem də daxil olmaqla həm ikitərəfli, həm də beynəlxalq mövzularda spektri tam əhatə edir.


Müəllif: Mahir

Oxşar xəbərlər