26 Dekabr 2017 16:23
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildəki gərgin döyüşlər və ordunun bəzi torpaqları azad etdiyini nəzərə alsaq, 2017-ci il hərbi baxımdan nisbətən dinc və sakit keçdi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri hərbi ekspert Azad İsazadə 2017-ci ilin hərbi yekunlarını qiymətləndirərkən deyib.

O, qeyd edib ki, 2017-ci ildə də cəbhə zonasında gərgin hadisələr olub:

“Bu hadisələr real müharibə riski yarada bilərdi. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələri hərbi texnikanı yeniləşdirib, böyük miqyaslı təlimlər keçirib. Eyni zamanda bu il Hərbi Sənaye Nazirliyi bəyan edib ki, silah zavodlarının sayını çoxaldacaq. 2017-ci ildə hərbi hazırlıq baxımdan Azərbaycan Silahlı Qüvvələri irəliləyib. Düşünürəm ki, 2018-ci ildə bizi hərbi uğurlar gözləyir”.

Azad İsazadə əlavə edib ki, Azərbaycan 2017-ci ildə müxtəlif ölkələrdən silah alıb:

“Biz hələlik bu istiqamətdə ciddi irəliləyirik. Ermənistan da silahlanmağa məcbur olur. Onların əsas silah mənbyi Rusiyadır. Rusiya onlara güzəştli kreditlər ayırır və öz silahını bu kreditlə satır. 2017-ci ildə Ermənistan əsasən, Polşa və Çindən silah almaq üçün danışıqlar aparıb. Amma biz bilirik ki, Ermənistanın real silah mənbəyi əsasən, Rusiyadır. İrəvanın Çindən və ya Polşadan böyük partiya silah almaq imkanı yoxdur”.


Müəllif: Cavad

Oxşar xəbərlər