26 Dekabr 2017 16:50
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ fələstinlilərə Qüdsü Əbu Deys ilə əvəzləməyi təklif edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı HƏMAS silahlılarının rəhbəri İsmayıl Həniyyə açıqlama verib.

O bildirib ki, Vaşinqton Əbu Deysi Fələstinin paytaxtı elan etmək istəyir.

Həniyyə bu qərarın fələstinlilər tərəfindən narazılıqla qarşılanacağını və gərginliyi artıracağını deyib.

Qeyd edək ki, Əbu Deys Qüdsün yaxınlığında yerləşir.


Müəllif: Samir

Oxşar xəbərlər