BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Əhali Fondunun nümayəndəsi Qulam İshaqzai Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
İzn verin, doğum gününüz münasibətilə Sizə Birləşmiş Millətlər Təşkilatı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, eləcə də ölkənizin və xalqınızın rifahı üçün göstərdiyiniz səylərdə davamlı uğurlar arzulayırıq.
Bu il BMT və Azərbaycan Respublikası arasında tərəfdaşlığın 25-ci ildönümü qeyd olundu. Bununla əlaqədar vurğulayıram ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün Azərbaycan hökuməti ilə tərəfdaşlıq şəraitində birgə fəaliyyət göstərməyə hazırdır.
Sizi əmin edirəm ki, BMT Azərbaycan xalqının rifahı və təhlükəsiz gələcəyi naminə fəaliyyətinizin davam etdirilməsi və gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlığı davam etdirməyə hazırdır.
Zati-aliləri, Sizə dərin hörmət və ehtiramımı bildirirəm".
***
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.
Sizə ali dövləti vəzifənizdə bundan sonra da səmərəli fəaliyyət, möhkəm cansağlığı, yaradıcılıq əzmi, gümrahlıq və firavanlıq diləyirəm.
Bu xoş fürsətdən istifadə edib Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin təmin olunması, milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanması məqsədilə ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm".
***
Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Sizi ölkəmizin səmimi dostu kimi yaxşı tanıyırıq. Möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan strateji tərəfdaşlığının inkişafına Sizin çox böyük şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, ölkələrimiz arasında çoxplanlı əməkdaşlıq nə qədər səmərəli olsa, Qafqaz regionunda həyat bir o qədər sabit və təhlükəsiz olacaq, biz birlikdə bir o qədər çox iqtisadi uğurlar qazanacağıq. Bu əlamətdar gündə mən həm də Azərbaycanın ümummilli lideri, müasir dövlətin əsasının formalaşması, Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi üçün çox işlər görmüş atanız Heydər Əliyevin xatirəsinə ehtiramımı bildirmək istəyirəm. Şübhəsiz ki, Siz dahi atanızın ənənələrini bundan sonra da şərəflə davam etdirərək Vətənin mənafeyi naminə öz vəzifə borcunuzu layiqincə yerinə yetirəcək, yeni, sanballı uğurlar qazanacaqsınız. Şəxsən mən aramızda yaranmış qarşılıqlı anlaşmanı və etimadı yüksək qiymətləndirirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə, Sizin mehriban ailənizə və Sizin şəxsinizdə bütün əməksevər Azərbaycan xalqına səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, uğurlar, sülh, tərəqqi arzulayır və yeni - 2018-ci ildə ən xoş diləklərimi çatdırıram".
***
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Əziz İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolu ilə dinamik şəkildə irəliləyən, fəal xarici siyasət yürüdən, terrorizmə və ekstremizmə qarşı mübarizə, konfessiyalararası dialoqun inkişafı sahəsində mühüm təşəbbüslər irəli sürən qardaş Azərbaycan xalqının uğurları bizi sevindirir.
Ölkələrimiz və xalqlarımız arasında strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı anlaşma münasibətlərinin inkişafına, parlament xətti üzrə əməkdaşlığın və regionlararası əlaqələrin fəallaşmasına Sizin şəxsi töhfənizi biz çox yüksək qiymətləndiririk.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni zəfərlər arzu edirəm".
***
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
Sizi doğum gününüz münasibətilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.
Uğurlu siyasətiniz və liderliyinizlə Azərbaycan Respublikası regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və hər ötən gün dünya səhnəsində yerini və nüfuzunu daha da möhkəmləndirir.
Eyni zamanda, Sizin Türk Şurasına daimi dəstəyinizi məmnuniyyətlə qeyd edir və vurğulayıram ki, verdiyiniz mühüm töhfələr nəticəsində türk dünyasının birliyi, bərabərliyi daha da möhkəmlənib və çoxtərəfli əlaqələrimiz yeni mərhələyə qədəm qoyub.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq, ailə səadəti diləyir və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
***
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizin cəmiyyətdə təhsilin inkişafına, mənəvi, sosial, mədəni və iqtisadi tərəqqiyə, insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyiniz töhfələr səmimi heyranlıq doğurur. Siz - görkəmli dövlət xadimi doğum gününüzü çox yüksək yaradıcı güc və mənəvi qüvvə ilə qarşılayırsınız.
Fürsətdən istifadə edərək, Sizə uğurlar, cansağlığı, ruh yüksəkliyi və nəcib niyyətlərinizin həyata keçirilməsi üçün enerji, qüdrətli ölkənizə, Sizə və yaxınlarınıza xoşbəxtlik, əmin-amanlıq və firavanlıq diləyirəm".
***
Rusiya Rəssamlıq Akademiyasının Prezidenti Zurab Sereteli Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz təcrübəli rəhbər, istedadlı diplomat və ən yüksək mədəniyyətə sahib insansınız. Siz XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfə verirsiniz.
Bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayır, Zati-alinizə və ailənizə ürəkdən xoşbəxtlik, əmin-amanlıq və tərəqqi diləyirəm".
***
“RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin adınız Azərbaycan Respublikasının təşəkkülü və inkişafı salnaməsinə iqtisadi islahatların və dövlətçiliyin möhkəmlənməsinin memarı kimi qızıl hərflərlə yazılıb. Dövlət başçısı kimi ali vəzifədə fəaliyyət göstərdiyiniz illər ərzində Siz haqlı olaraq vətəndaşların hörmətini və sevgisini qazanmısınız. Bu gün Azərbaycan zəngin milli ənənələrini qayğı ilə qoruyub saxlayır, bütün dünyaya çox güclü sosial-iqtisadi dəyişiklikləri, vətəndaşların rifahının durmadan yüksəlməsini, respublikanın beynəlxalq aləmdə nüfuzunu nümayiş etdirir. Əminəm ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə daha güclü, firavan dövlət quruculuğu yolunu davam etdirəcək.
Hörmətli İlham Heydər oğlu, ölkənizin və onun vətəndaşlarının rifahı naminə Sizə səmimi qəlbdən yeni uğurlar və qələbələr, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".
***
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.
Sizə möhkəm cansağlığı, firavanlıq, nikbinlik, Azərbaycan Respublikasının tərəqqisi, əmin-amanlığı və sabitliyi naminə bundan sonra da uğurlu və səmərəli fəaliyyət arzulayır, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza ən xoş diləklərimi bildirirəm".
***
“Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü Mixail Aqarunov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
Əziz İlham Heydər oğlu.
Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Mən yaşlı insanam və ömrümdə heç vaxt Heydər Əliyev kimi təcrübəli və böyük siyasi xadim görməmişəm. Bu gün isə biz – bakılılar ölkəmizin dövlət idarəçiliyi nəzəriyyəsi və praktikası sahəsində heyrətamiz dərəcədə savadlı bir siyasətçi tərəfindən idarə edilməsinə başqalarının heyran olduqlarını eşidəndə qürur duyuruq. Sizin adınız dünyanın bir sıra ölkələrində hörmətlə çəkilir. Sizin vəzifənizdə göstərdiyiniz hünərlər çoxlarını heyran edir. Bütün bunlara görə Sizə təşəkkür edirik. Sizə təşəkkür edirik ki, doğma Azərbaycanın imicini çox yüksək səviyyəyə qaldırmısınız. Biz hamımız, xaricdə yaşayan həmvətənlərimiz, Sizdən nümunə götürərək müasir Azərbaycanın reallıqlarını təbliğ edirik. Həm Sizin atanızla, həm də şəxsən Sizinlə görüşlərim mənim yaddaşımda ömürlük həkk olunub. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm".