3 Yanvar 2018 14:25
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı, parlamentdəki qrup sədri Mustafa Elidaş ad çəkmədən 11-ci prezident Abdulla Gülü tənqid edib.

Teleqraf.com xəbər verir ki, Elidaş məmləkəti Kayseridə verdiyi açıqlamada deyib:

“Baxın, fitnə-fəsad baş götürüb gedir. Təəssüf ki, dostlarımız da artıq bizimlə televiziya, sosial media yolu ilə xəbərləşməyə başlayıblar. Evin içindəki bir məsələni, ailənin parçasısansa, ailənin bir üzvüsənsə, ailə ilə ilgili məsələni ortalıqda danışmayacaqsan. Bu, doğru deyil. Bunu etməməyimiz gərəkdir”.

M.Elidaş jurnalistlərin “tənqidlərin hədəfi sabiq prezident Abdulla Güldür” - sualına cavab olaraq “Anlayan, anlar. Kim öz üstünə götürürsə...” - cavabını verib.

Qeyd edək ki, A.Gül AKP tərəfindən irəli sürülən “Qanun hökmündə qərarnamə” adlı qanun layihəsinə etirazını bildirib. Həmin qanun 15 iyul çevrilişi zamanı mülki şəxslərin göstərdikləri fəaliyyətə görə məsuliyyətə cəlb edilməməsini nəzərdə tutur.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər