3 Yanvar 2018 23:12
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi fevralın birinci yarısı Brüsseldə keçiriləcək.

Bu barədə APA-ya Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis deyib. O bildirib ki, hazırda müzakirələrin dəqiq tarixi müəyyənləşdirilir.

Aİ nümayəndəliyinin rəsmisi həmçinin qeyd edib ki, Avropa Komissiyası Nəqliyyat və mobillik üzrə baş direktorluğunun rəhbəri Henrik Hololey Aİ ilə Azərbaycan arasında aviasiya sazişi üzrə danışıqlar aparmaq üçün yanvarın 27-30-da Bakıya gələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər