Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetində dəyişiklik edəcək və 18 naziri istefaya göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu məlumatı Türkiyənin “Hürriyət” qəzetinin yazarı Nuray Babacan verib.
Onun sözlərinə görə, istefaya göndərilən nazirlər Ankara, İstanbul, İzmir, Bursa, Qaziantep və Antalya kimi böyük şəhərlərə ya vali, ya da bələdiyyə sədri təyin ediləcək:
“Hakim Ədalət və İnkişaf Partiyası yerli təşkilatlarda keçirilən konfransları marta kimi bitirməyi planlaşdırır. Bundan sonra partiya böyük konqres təşkil edəcək. Partiyanın seçkilərdən öncə yenidən qurulması üçün işlər görüləcək. Bəzi məlumatlarda isə Ərdoğanın konqresi gözləməyəcəyi bildirilib. Hakim partiya bununla bölgələrdə mövqelərini möhkəmləndirmək fikrindədir”.