Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu sabah almaniyalı həmkarı Ziqmar Qabriel ilə görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş Almaniyanın Qoslar şəhərində baş tutacaq.
Bununla bağlı Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Adebar məlumat verib.
O bildirib ki, görüş zamanı bir müddət öncə Türkiyədə həbs olunan Almaniya vətəndaşlarının taleyi ilə bağlı müzakirələr olacaq.
Bundan başqa, nazirlər iki ölkə arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, ötən ilin iyul və sentyabr aylarında 3 almaniyalı Türkiyədə həbs edilib. Onlara qarşı Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə cinayət işi başlanıb.