6 Yanvar 2018 01:13
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru, admiral Maykl Rocers istefaya gedir.

Teleqraf.com-un xəbərinə görə, bu barədə “Washington Post” yazıb.

Məlumata əsasən, Agentlik rəhbəri əməkdaşlarına yazda vəzifəsini tərk edəcəyini elan edib.

Maykl Rocers MTA-nın rəhbəri vəzifəsinə 2014-cü ildə eks-prezident Barak Obama tərəfindən təyin edilib. Bundan əvvəl 30 illik hərbi təcrübəyə malik admiral Sakit okean donanmasının bir sıra kəşfiyyat əməliyyatlarına başçılıq edib və ABŞ Hərbi-Dəniz Qüvvələri kiberkomandanlığının rəhbəri olub.

Məlumata görə, Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbərinin adı yanvarda bilinəcək . Donald Tramp tərəfindən irəli sürülən şəxsin namizədliyi Senatda təsdiq olunmalıdır. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər