8 Yanvar 2018 11:25
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2018-ci ili Avropa Birliyi ilə münasibətlərin yumşaldılması ili elan etməsinə Brüsselin reaksiyası gecikməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məsələ ilə bağlı Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker danışıb.

Onun sözlərinə görə, Türkiyə Avropa Birliyi ilə yaxınlaşmaq istəsə, buna yardım etməyə hazırdırlar:

“Türkiyə ilə danışıqları davam etdirməliyik. Türkiyə böyük addımlarla Avropa Birliyindən uzaqlaşır. Amma quruma yaxınlaşmaq istəsə, yardım edərik. Türkiyənin hazırkı şərtlərlə Avropa Birliyinə üzvlüyü mümkün deyil”.


Müəllif: Samir

Oxşar xəbərlər