Yeni Azərbaycan Partiyasında üzvlük haqları artırılmayıb. Bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Teleqraf.com xəbər verir ki, bunu Report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
O bildirib ki, partiyada üzvlük haqqının minimum məbləği 1 manatdır.
Qeyd edək ki, bəzi saytlarda YAP-da üzvlük haqlarının 1 manatdan 2 manata qaldırılması ilə bağlı məlumat yayılıb.