10 Yanvar 2018 14:06
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində 2015-ci ildə çap edilən "Dünya ölkələri" ensiklopediyasına Qondarma "Dağlıq Qarabağ Respublikası" da daxil edilib.

Erməniyönümlü ensiklopediyada Xankəndi əhalisinin sayı 53 mindən, qondarma "DQR"-in əhalisi isə 146 mindən çox göstərilib. Ensiklopediyada dərc edilən məlumatlar, Qarabağın tarixi barədə informasiyaların erməni separatçıları tərəfindən verildiyini açıq şəkildə ortaya qoyur.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Publika.az-a bildirib ki, məsələni nazirlik nəzarətə götürüb:

“Biz bu məsələni araşdırırıq. Bu məsələyə kənar qüvvələrin müdaxiləsi də istisna edilmir. Ola bilər ki, Rusiyada yaşayan erməni lobbisi də məsələyə müdaxilə edib. Hər bir halda məsələ dərindən araşdırılır və bu mövzuda dəqiq faktlar müəyyənləşdirildikdən sonra mediaya geniş məlumat veriləcəkdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər