15 Yanvar 2018 10:07
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenkonun bir neçə il öncə yazdığı və dünən üzə çıxan Rusiyaya müraciəti ilə bağlı fikirlərini bölüşüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Saakaşvili Feysbuk hesabında paylaşım edib:

“Mən qrafoloq deyiləm ki, xətləri tutuşduram. Poroşenkonun bu etapda prezidentliyini ölkə üçün çox zərərli hesab edirəm. İnana bilmirəm ki, o bu sənədi Rusiya Federal Təhlükəsizlik Xidmətinə göndərəcək qədər səfeh olub”.

Qeyd edək ki, Poroşenko məktubunda Rusiyaya qarşı olan fəaliyyətlərə heç vaxt qoşulmayacağı ilə bağlı vəd verib.


Müəllif: Samir

Oxşar xəbərlər