23 Yanvar 2018 14:59
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu “Tviter”dəki səhifəsində Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov yazıb.

N.Məmmədov daha sonra yazıb:

“Davos Dünya İqtisadi Forumu dünəndən işə başladı. Forumda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlayıb. Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”.

Prezidentin köməkçisi əlavə edib ki, Davos Dünya İqtisadi Forumu xüsusilə problemli və parçalanmış dünyanı qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırır.


Müəllif: Səxavət

Oxşar xəbərlər