26 Yanvar 2018 10:07
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçilərinin bu ilin fevral ayında Azərbaycana nəzərdə tutulan səfəri baş tutmaya bilər.

Teleqrafcom xəbər verir ki, bunu Report-a açıqlamasında AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda bildirib.

Onun sözlərinə görə, Bakıya planlaşdırdıqları səfərin təxirə salınması ehtimalı böyükdür. Həmmərizəçi deyib ki, bunun da səbəbi hazırda Avropa Şurasının üzləşdiyi maliyyə böhranı ilə bağlıdır.

Həmməruzəçi qeyd edib ki, bu maliyyə böhranının səbəbi təkcə Rusiyanın üzvlük haqqını ödəməkdən imtina etməsi və Türkiyənin Avropa Şurasına ödədiyi maliyyə vəsaitinin miqdarının azaltması deyil. Onun sözlərinə görə, artıq bir neçə ildir Avropa Şurası özünün maliyyə məsələlərini səmərəli formada qura bilmir: "Bu səbəbdən də Monitorinq Komitəsinin üzvlərinin monitorinq məqsədilə həyata keçirdikləri səfərlərinin sayının azaldılmasını nəzərdən tutan yeni qaydalar tətbiq ediləcək".

S.F.Preda bildirib ki, yaranmış maliyyə çətinliyinə baxmayaraq AŞPA məruzəçilərinin Azərbaycana növbəti səfəri bu ilin oktyabr ayına qədər baş tutacaq.

Qeyd edək ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şenakın bu ilin fevral ayında Azərbaycana səfəri gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər